Döyülərək öldürülən jurnalistlə bağlı növbəti məhkəmə prosesi olub

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ann.tv saytının əməkdaşı Rasim Əliyevin ölümündə təqsirləndirilən Elşən İsmayılov, Camal Məmmədov, Arif Əliyev, Kənan Mədətov və Samir Mustafayevin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib. Hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən iclasda C.Məmmədovun vəkili iki vəsatətlə çıxış edib. O, həkimlərin məhkəmədə ifadə verməsini istəyib. Bu vəsatət təmin edilməyib. Həmçinin vəkil tibbi-ekspertiza komissiyasının üzvlərinin məhkəmədə ifadə verməsini istəyib. Həmin vəsatət qismən təmin edilib.
Zərərçəkən tərəfin hüquqlarını müdafiə edən vəkil Əsabəli Mustafayev isə səhiyyə naziri Oqtay Şirəliyevin məhkəmədə ifadə verməsi barədə vəsatət qaldırıb. Vəsatət təmin edilməyib.
Məhkəmənin növbəti prosesi fevralın 16-na təyin olunub.

Google+ WhatsApp ok.ru