Eldar Mahmudov məmurları necə dinləyib?

Sabiq nazir onları aldadaraq kabinetlərinə dinləyici qurğu yerləşdirib

Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun yüksək vəzifəli məmurları necə dinləməsi barədə maraqlı məlumat əldə etmişik. Azadlıqa daxil olan məlumatda deyilir ki, nazirin göstərişilə məmurların kabinetlərinə dinləmə qurğuları yerləşdirilib.
 
Qurğu yerləşdirilərkən onlar aldadılıb. Məmurlara bildirilib ki, bu qurğu kabinetin dinlənilməsi, həmçinin gizli səsyazmanın və videoçəkilişin qarşısını almaq üçündür. Beləliklə, Eldar Mahmudov onları aldatmaqla arxayın salıb. Bu fakt MTN-in keçmiş rəhbərliyi ilə bağlı aparılan araşdırmalar zamanı üzə çıxıb.(azadlıq)

Google+ WhatsApp ok.ru