Eldar Mahmudovun “Akula”sı İspaniyada həbs edildi

Eldar Mahmudovun “Akula”sı İspaniyada həbs edildi

Keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudova yaxın şəxslərdən biri olan iş adamı "Akula Akif” ləqəbli Akif Mustafayev həbs edilib. 
 
Xəbər verilir ki, Azərbaycan hüquq-mühafizə orqanlarının sorğusuna cavab olaraq Akif Mustafayev İspaniya polisi tərəfindən ələ keçirilib.
 
Qeyd edək ki, A.Mustafayev oktyabrın 18-də - Eldar Mahmudov nazir vəzifəsindən çıxarıldıqdan 1 gün sonra təyyarə ilə Bakıdan Parisə, oradan da İspaniyaya getmişdi.
 
"Qafqazinfo”nun məlumatına görə,  Azərbaycan tərəfi ötən ilin dekabr ayından "Akula Akif”i "İnterpol” vasitəsilə qırmızı xətlə axtarışa vermişdi.
 
1955-ci il iyulun 18-də anadan olan Mustafayev Akif İsmayıl oğlunun "İnterpol”un saytında rüşvətxorluğa görə axtarıldığı qeyd olunub. (haqqin.az) /

Google+ WhatsApp ok.ru