Elmira Axundova 150 manat təqaüd alan Firuz Haşımovdan 100 min istəyir – MƏHKƏMƏ İDDİASI

Vətəndaşlara külli miqdarda ziyan vurmaqda adı hallanan deputat Elmira  Axundovanın oğlu Həbib Axundovla bağlı məsələ günü-gündən böyüyür. Müxtəlif informasiya agentlikləri artıq bu xoşagəlməz vəziyyət barədə silsilə yazılar dərc edirlər. Həbib Axundov isə heç bir faxta əsaslanmayan arqumentlər gətirərək özünü bu məsələdə günahsız çıxarmağa çalışır. Vətandaşlara (Fərman Məmmədova 575 min, Ziya Vəliyevə 205 min, Elvin Vəliyevə 202 min manat borcludur) vurduğu ziyanı ödəmək əvəzinə bu məsələdə kimlərisə borclu çıxarmaq istəyir. Maraqlıdır ki, tanınmış ziyalı, puplusist Firuz Haşımov hədəf seçilib. Xətai rayon Məhkəməsinə müraciət edən deputat Elmira Axundova müalicəyə, dava-dərmana pul tapmayan aylıq təqaüdü 150 manat olan Firuz Haşımovun 100 min manat cərimələnməsini istəyir. Görünür, Həbib Axundovun vətəndaşlara olan borcunun bir hisssəsini deputat bu yolla geri qaytarmaq istəyir. Əks halda dövlət və dövlətçiliyin inkişafında lazımı xidmətləri olan Firuz Haşımov Axundovlar ailəsinin mübarizəsinin mərkəzinə çevrilməzdi. 

1437558078_asd IMG-20150601-WA007IMG-20150601-WA006 IMG-20150523-WA003

Google+ WhatsApp ok.ru