Çempionlar Liqası: Səkkiz oyunda 21 qol 18 Sentyabr 2019 09:05 İdman “Futbol üzrə Çempionlar Liqasında 2019/20-ci illər mövsümünə start verilib. Maide.Az "sputnik.az"a istinadla xəbər verir ki, ilk qarşılaşma Fransada yerli "Lion" ilə Rusiya "Zenit"i arasında baş tutub. Matç 1:1 hesablı bərabərliklə yekunlaşıb. "G" qrupunun digər qarşılaşmasında "Benfika" (Portuqaliya) öz meydanında Almaniya "Leipsiq"inə 1:2 hesabı ilə məğlub olub. "F" qrupunda "İnter" doğma meydanda 90+2 dəqiqədə Praqa "Slaviya"sına məğlubiyyətdən xilas olub. Qrupun digər matçında Dortmund "Borussiya"sı Almaniyada "Barselona" (İspaniya) ilə qolsuz heç-heçəyə nail olub. Gecənin ən maraqlı nəticəsi İtaliyada qeydə alınıb. Çempionlar Liqasının hazırkı qalibi "Liverpul" (İngiltərə) "Napoli"yə (İtaliya) 0:2 hesabı ilə məğlub olub. Qrupun paralel keçən oyununda "Zalsburq" (Avstriya) "Genk"i (Belçika) darmadağın edib - 6:2. Matçda 19 yaşlı norveçli Erlinq Hollan ilk yarıda het-trikə imza atıb. "Valensiya"nın səfərdə "Çelsi" üzərində qələbə qazanması (1:0) turun digər gözlənilməz nəticəsi olub. "H" qrupunun paralel keçirilən matçı "Ayaks" və "Lill" arasında baş tutub. Hollandiya təmsilçisi Fransa klubuna heç bir şans verməyib - 3:0. Çempionlar Liqası. I tur "E" qrupu "Red Bull Zalsburq" (Avstriya) - "Genk" (Belçika) - 6:2 "Napoli" (İtaliya) - "Liverpul" (İngiltərə) - 2:0 F Qrupu "Borussiya D" (Almaniya) - "Barselona" (İspaniya) - 0:0 "İnter" - "Slaviya" - 1:1 G Qrupu "Benfika" (Portuqaliya) - "RB Leypsiq" (Almaniya) - 1:2 "Lion" (Fransa) - "Zenit" (Rusiya) - 1:1 H Qrupu "Çelsi" (İngiltərə) - "Valensiya" - 0:1 "Ayaks" (Niderland) - "Lill" - 3:0 Teqlər : #Çempionlar,#Liqası:,#Səkkiz,#oyunda,#qol, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Sabah metro gücləndirilmiş rejimdə işləyəcək Məhəmməd Salah adina məktəb açılıb