Çempionlar Liqasında 1/4 final mərhələsinə start verilir

Çempionlar Liqasında 1/4 final mərhələsinə start verilir

“Yuventus” “Barselona”nı, “Borussiya” “Monako”nu qəbul edəcək
 
Bu gün futbol üzrə Çempionlar Liqasında 1/4 final mərhələsinə start veriləcək. “Report”un məlumatına görə, ilk oyun günündə matçlardan biri İtaliyada, digəri Almaniyada baş tutacaq.
 
“Yuventus” İspaniya “Barselona”sını, Dortmund “Borussiya”sı isə Fransa “Monako”sunu qəbul edəcək.
 
Çempionlar Liqası, 1/4 final
İlk oyunlar
 
"Yuventus" (İtaliya) - "Barselona" (İspaniya)
Baş hakim: Şimon Marçinyak (Polşa)
 
"Borussiya" (Dortmund, Almaniya) – "Monako" (Fransa)
Baş hakim: Daniel Orsato (İtaliya)
 
Qeyd edək ki, hər iki oyun Bakı vaxtı ilə saat 22:45-də başlanacaq. /

Google+ WhatsApp ok.ru