Çempionlar Liqasında III turun ilk oyunları keçiriləcək 18 Oktyabr 2016 01:00 İdman Çempionlar Liqasında (ÇL) yaranmış fasilə başa çatır. Maide.Az bildirir ki, Apasport.az saytının məlumatına görə, III turun ilk oyun günündə E, F, G və H qruplarındakı komandalar meydana çıxacaqlar. E qrupunun lideri “Monako” autsayder MOİK-lə səfərdə üz-üzə gələcək. Fransızlar liderliyi bir qədər də möhkəmlətmək barədə düşünürlərsə, Rusiya təmsilçisi növbəti mərhələ şanslarını qorumaq üçün rəqibi əliboş yola salmalıdır. Qrupun əsas favoritləri hesab edilən “Bayer”lə “Tottenhem” Leverkuzendə münasibətlərinə aydınlıq gətirəcəklər. Madrid “Real”ını bu tur asan oyun gözləyir. Aşkar autsayder “Legiya”nı “Santyaqo Bernabeu”da qəbul edəcək “kral klubu”nun xal itkisi sadəcə, möcüzə olar. “Real”dan fərqli, Dortmund “Borussiya”sının işi çətin olacaq. Almanlar “Sportinq”lə Portuqaliyada üz-üzə gələcəklər. G qrupunda itkisiz irəliləyən “Lester” sürpriz komanda “Kopenhagen”lə qarşılaşacaq. İngiltərə çempionu daha bir qələbə ilə növbəti mərhələyə vəsiqəni böyük ölçüdə təmin edə bilər. “Brügge” – “Porto” matçında meydan sahibləri ilk xallarını qazanmaq istəyəcəklərsə, Portuqaliya təmsilçisi ilk qalibiyyət axtarışında olacaq. Günün ən maraqlı oyunlarından biri də Fransada baş tutacaq. Qrupdan çıxmağı hədəfləyən “Lion” güclü “Yuventus”u qəbul edəcək. Daha bir iddialı komanda “Sevilya” isə Zaqrebdə xal üzünə həsrət olan “Dinamo”nun qonağı olacaq. UEFA Çempionlar Liqası Qrup mərhələsi, III tur 18 oktyabr E qrupu 22:45. MOİK (Moskva, Rusiya) – “Monako” (Fransa) 22:45. “Bayer” (Almaniya) – “Tottenhem” (İngiltərə) 1. Monako 2 1 1 0 3-2 4 2. Tottenhem 2 1 0 1 2-2 3 3. Bayer 2 0 2 0 3-3 2 4. MOİK 2 0 1 1 2-3 1 F qrupu 22:45. “Sportinq” (Portuqaliya) - “Borussiya” (Dortmund, Almaniya) 22:45. “Real” (Madrid, İspaniya) - “Legiya” (Polşa) 1. Borussiya D. 2 1 1 0 8-2 4 2. Real M. 2 1 1 0 4-3 4 3. Sportinq 2 1 0 1 3-2 3 4. Legiya 2 0 0 2 0-8 0 G qrupu 22:45. “Lester” (İngiltərə) – “Kopenhagen” (Danimarka) 22:45. “Brügge” (Belçika) – “Porto” (Portuqaliya) 1. Lester 2 2 0 0 4-0 6 2. Kopenhagen 2 1 1 0 5-1 4 3. Porto 2 0 1 1 1-2 1 4. Brügge 2 0 0 2 0-7 0 H qrupu 22:45. “Dinamo” (Zaqreb, Xorvatiya) – “Sevilya” (İspaniya) 22:45. “Lion” (Fransa) – “Yuventus” (İtaliya) 1. Yuventus 2 1 1 0 4-0 4 2. Sevilya 2 1 1 0 1-0 4 3. Lion 2 1 0 1 3-1 3 4. Dinamo Z. 2 0 0 2 0-7 0 Teqlər : #Çempionlar Liqasında III turun ilk oyunları keçiriləcək, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Azərbaycan Premyer Liqasında IX turun oyun cədvəli açıqlanıb Amerikalı iş adamı Fransanın `Marsel` klubunu aldı