Çempionlar Liqasının qrup mərhələsində IV tura yekun vurulub - NƏTİCƏLƏR 03 Noyabr 2016 02:00 İdman UEFA Çempionlar Liqasının qrup mərhələsində IV tura yekun vurulub. Verilən məlumata görə, ikinci oyun günündə E, F, G və H qruplarında matçlar baş tutub. E qrupunda “Monako” MOİK-i məğlub edib. “Tottenhem” isə öz meydanında “Bayer”ə boyun əyməli olub. F qrupunda isə “Borussiya” “Sportinq”dən üstünlüyünü rəsmiləşdirib. Almaniya klubu bu qələbə ilə 1/8-ə vəsiqəni vaxtından əvvəl təmin edib. “Real” isə səfərdə “Legiya”ya qarşı ciddi çətinliklərlə üzləşib və bərabərliyə razı olub. G qrupunda “Lester” “Kopenhagen” səfərində qolsuz bərabərliyə razılaşıbsa, “Brügge” isə “Porto” ilə oyundan məyus dönməli olub. İkinci oyun gününün maraqlı görüşlərindən biri də Turində baş tutub. “Yuventus” Fransada çətinliklə üstələdiyi “Lion”a öz meydanında qalib gələ bilməyib. Zaqreb “Dinamo”sunu qəbul edən “Sevilya”ya isə darmadağına sevinib. İspaniya klubu xorvatlara qalib gəlməklə, 1/8 arzusunu vaxtından əvvəl gerçəkləşdirib. (apa) / UEFA Çempionlar Liqası, qrup mərhələsi IV tur E qrupu “Monako” (Fransa) – MOİK (Moskva, Rusiya) - 3:0 Qollar: Cermein, 13, Falkao, 29, 41 “Tottenhem” (İngiltərə) – “Bayer” (Almaniya) - 0:1 Qol: Kampl, 35 F qrupu “Borussiya” (Dortmund) – “Sportinq” (Portuqaliya) - 1:0 Qol: Ramos, 12 “Legiya” (Polşa) – “Real” (Madrid, İspaniya) - 3:3 Qollar: Ocica-Ofoe, 40, Radoviç, 58, Moulin, 83 - Beyl, 1, Benzema, 35, Kovaçiç, 85 G qrupu “Kopenhagen” (Danimarka) – “Lester” (İngiltərə) - 0:0 “Porto” (Portuqaliya) – “Brügge” (Belçika) - 1:0 Qol: Silva, 37 H qrupu “Sevilya” (İspaniya) – “Dinamo” (Zaqreb, Xorvatiya) - 4:0 Qollar: Vietto, 31, Eskudero, 66, Nzonzi, 80, Ben Yedder, 87 “Yuventus” (İtaliya) – “Lion” (Fransa) - 1:1 Qollar: İquayn, 13 - Tolisso, 85 Teqlər : # Çempionlar Liqasının qrup mərhələsində IV tura yekun vurulub NƏTİCƏLƏR, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Çempionlar Liqası: IV turun ilk 8 matçı keçirildi Azərbaycan cüdoçuları reytinq siyahısında irəliləyiblər