Epilepsiya xəstəsi ilk dəfə robotla əməliyyat olunub 03 Fevral 2016 02:00 Sağlamlıq Britaniya neyrocərrahları epilepsiyadan əziyyət çəkən yeniyetməni əməliyyat etmək üçün robotdan istifadə ediblər. İlk dəfə bu məqsədlə hazırlanan proqram xəstənin beyni üzrə zədələnmiş yerlərə çatmağa imkan verən naviqasiya sistemi qurub. Maide.az-ın "ICTnews"a istinadən verdiyi məlumata görə, 15 yaşlı Bill Uaytker yeddi ildir epileptik tutmalardan əziyyət çəkirmiş. Beyin toxumalarının kəsilib götürülməsi üzrə aparılan adi əməliyyatlar uğursuz olub. Bu dəfə isə neyrocərrahlar beyinin dərinliyinə elektrodlar yerləşdirmək üçün 350 min funt-sterlinq dəyərində robotdan istifadə ediblər. "Biz beyinin epilepsiya mənbələri olduğu hissələrinə mikroskopik dəqiqliklə bir neçə elektrod yerləşdirmək üçün robotdan istifadə etdik", - neyrocərrah-məsləhətçi Maykl Karter deyib. Cərrahın sözlərinə görə, elektrodlardan biri toxumanın zədələnmiş yerini çox gözəl göstərib ki, nəticədə də o, kəsib götürülüb. Əməliyyatda tətbiq edilən oxşar robotlardan avtomobil zavodlarında istifadə olunur. Teqlər : #Epilepsiya xəstəsi ilk dəfə robotla əməliyyat olunub, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Ana övladının ölümündə həkimləri günahlandırır “Donuz qripi” təhlükəsi ilə bağlı 471 məktəb, 417 uşaq bağçası dezinfeksiya olunub
Karantin dövründə çoxlu qida qəbulu xoşagəlməz nəticələrə yol aça bilər - Mütəxəssis xəbərdarlıq edir