Ermənilər Bakıya gəlmək fikrindədirlər

Ermənistan Milli Olimpiya Komitəsi (MOK) Bakıda keçiriləcək I Avropa Oyunlarında iştirakdan imtina etməyə səbəb görmür. 
 
Maide.az-ın Trend-ə istinadən verdiyi məlumata görə, bunu jurnalistlərə MOK-un baş katibi Qraçya Rostomyan deyib.
 
Onun sözlərinə görə, indiki mərhələdə təhlükəsizlik və digər məsələlərlə bağlı bütün problemlər həll edilib.
 
MOK-un baş katibi vurğulayıb ki, Ermənistan idmançılarının Oyunlarda iştirakı barədə yekun qərar 2015-ci ilin fevralında veriləcək.
 
Qeyd edək ki, İlk Avropa Oyunları 2015-ci il iyunun 12-28 aralığında keçiriləcək. Ümumilikdə Bakıda 20 idman yarışı təşkil olunacaq.

Google+ WhatsApp ok.ru