Fərahim İlqaroğlunun döyülməsi ili üzrə məhkəmə başladı

Bu gün jurnalist Fərahim İlqaroğlunun bu il aprelin 25-də yaşadığı evin qarşısında döyülməsi işi üzrə başlanmış cinayət işinə dair hazırlıq iclası keçirilib.
 
Nizami rayon məhkəməsimdə hakim Ramil Həsənovun sədrliyi ilə keşirilən proses başlamazdan əvvəl şübhəli şəxs qismində saxlanılan Feyruz Termişinin dostları ilə hakim arasında mübahisə yaranıb. Hakim bir nəfəri zaldan çıxarıb. Termişi dövlət tərəfindən ayrılan vəkildən imtina edib.
 
Daha sonra hakimin sualına cavab olaraq F.Termişi ona istintaq dövründə təzyiq olmadığını bildirib. Termişinin vəkili müvəkkilinin barəsində çıxarılmılş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması barədə vəsatət qaldırıb.
 
Prokuror vəsatətə etiraz edib və deyib ki məsələnin tam araşdırılması üçün Termişini ev dustaqlığına buraxmaq olmaz. Fərahim İlqaroğlu və onun nümayəndəsi Vaqif Hüseyn ittihamçı ilə razılaşıb. Onların vəkili isə etirazını bildirib.
 
Məhkəmə müşavirəyə gedib və qayıtdıqdan sonra prosesin sentyabrın 24-də davam etdiriləcəyini elan edib.

Google+ WhatsApp ok.ru