Fərəc Kərimli azadlığa buraxılıb 04 Oktyabr 2016 01:00 Hüquq Müsavat Partiyası başqanının həbsdə olan müavini Fərəc Kərimli azadlığa buraxılıb. Bu barədə APA-ya məlumat verən F. Kərimlinin vəkili Nemət Kərimli deyib ki, prezidentin imzaladığı sonuncu amnistiya aktının icrası ilə əlaqədar olaraq F. Kərimli cəzasının çəkilməmiş hissəsindən azad edilib. O, bu gün sərbəst buraxılıb. Qeyd edək ki, Fərəc Kərimli və onun bitərəf olan qardaşı Sirac Kərimli 2014-cü ilin iyulunda narkotik dövriyyəsi ittihamı ilə həbs edilib. F.Kərimli 6,5 il, S.Kərimli isə 6 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub. Ali Məhkəmə F. Kərimlinincəzasını 3 ilə endirib. S. Kərimli isə 17 mart 2016-cı il tarixində əvf olunub. Teqlər : #Fərəc Kərimli azadlığa buraxılıb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Ölən əsgərin anası generalı tələb edir İlahiyyatçı Elçin Qasımovdan xəbər var