Final ərəfəsində `Real`da itki

Madridin “Real” klubu çempionlar liqasının finalı ərəfəsində ciddi itkiylə üzləşib.
 
Klubun rəsmi saytının məlumatına görə, komandanın müdafiəçisi Alvaro Arbeloa zədələnib.
 
Dizində yüngül zədəsi olan futbolçunun nə qədər oynamayacağı hələlik bilinmir.
 
Bu onun Çempionlar Liqasının finalında "Atletiko" ilə oyunda meydana çıxıb-çıxmayacağını da sual altında qoyub.
 
"Real" - "Atletiko" görüşü mayın 28-də, Milanda keçiriləcək. (azadliq)

Google+ WhatsApp ok.ru