Fransa Arif Yunus ilə bağlı bəyanat yaydı 07 Avqust 2014 01:00 Hüquq Fransanın Xarici İşlər və Beynəlxalq İnkişaf Nazirliyi politoloq, Sülh və Demokratiya İnstitutunun həbsdə olan rəhbəri Leyla Yunusun həyat yoldaşı Arif Yunusun barəsində həbs qətimkan tədbiri seçilməsi ilə bağlı bəyanat verib. XİN sözçüsünün yaydığı bəyanatda deyilir: “Fransa iyul ayının 30-da həbs edilmiş insan hüquqları üzrə fəal Xanım Leyla Yunusun həyat yoldaşı cənab Arif Yunusun barəsində həbs-qətimkan tədbirinin seçilməsinə təəssüf edir. Fransa müdafiə və insan hüquqlarına hörmətə sədaqətli olduğunu xatırladır”. Teqlər : #Fransa Arif Yunus ilə bağlı bəyanat yaydı, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Hacı Tale Bağırovun məhkəməsi təxirə salındı Hüquqşünas İntiqam Əliyev saxlanılıb