Fransız futbolçu İslama hücumlara qarşı çıxdı

Fransa yığmasının keçmiş futbolçu Erik Cantona "Çarli Hebdo"da oxşar terror hücumlarının İslama qarşı istifadə edilməsinin son dərəcə təhlükəli olduğunu ifadə edərək, "müsəlmanların 90 faizinin bu baş verənlərdən narahat olduqlarını düşünürəm", - deyib.
 
Maide.az xəbər verir ki, Erik Cantona, "Fanatizm hər yerdə var. Bu yalnız kiçik marginal bir qrup tərəfindən işlənir" söyləyib. Cantona keçmişdə xristian radikalların da bu cür hücumları etdiyinə diqqət çəkib. Parisdə 1988-ci ildə xristianların etirazına səbəb olan "Günaha son çağırış" adlı filmin yayımı zamanı radikalların bir kinoteatr binasını yandırdığı və 4-ü ağır olmaqla ümumilikdə 40 nəfərin yaralandığı hücumu xatırladan Cantona, bu cür hücumların İslama qarşı istifadə edilməməsinin vacibliyini bildirib: "Fanatizm hər yerdə var. Bu yalnız kiçik marginal bir qrup tərəfindən həyata keçirilir. Bu barədə keçmişə aid istinadlar vermək mühümdür. Əgər təkcə öz içində olduğumuz zamanı düşünsək, özümüzü məhdudlaşdırmış və keçmişdə yaşananları da yox saymış olarıq. Keçmişdə xristian qruplar tərəfindən də bəzi hücumlar baş verdiyini xatırlamaq məcburiyyətindəyik. Keçmişdəki bu hücumları törədənlər İslamçı qruplar deyildi".

Google+ WhatsApp ok.ru