Freedom House ABŞ səfirini və digər diplomatları Azərbaycanda siyasi məhbusların işlərində iştirak etməyə çağırıb

Freedom House hüquq müdafiə təşkilatı yüksək vəzifəli xarici diplomatları Azərbaycanda siyasi məhbusların işi üzrə məhkəmə proseslərində iştirak etməyə çağırır.
 
“ABŞ və başqa millətləri öz səfirlərini və yüksək rütbəli rəsmilərini Azərbaycanda insan haqları müdafiəçilərinin məhkəmələrinə göndərməyə çağırırıq”, deyə Freedom House-un prezidenti Mark Langon bildirib. 
 
“ABŞ səfiri Robert Sekuta və başqa ölkələrin səfirləri bu siyasi motivli prosedurlarda iştirak etməklə Azərbaycanda insan haqları müdafiəçilərinə güclü dəstək mesajı göndərə bilərlər. Biz habelə ABŞ və başqa hökumətləri bu məhkəmələri öz adları ilə adlandırmağa təkid edirik – bunlar Azərbaycanda fikir ayrılıqlarını susdurmaq və hökumətin korrupsiyasını ört-basdır etmək üçün düzənlənən qondarma və siyasi motivli cəhdlərdir.  Siyasi məhbuslara qarşı ittihamlar geri götürülməli və siyasi məhbuslar dərhal buraxılmalıdır”, deyə təşkilatın bəyanatında bildirilir.

Google+ WhatsApp ok.ru