Fuad Qəhrəmanlının şikayəti təmin edilməyib

Bu gün Bakı Apellyasiya Məhkəməsində AXCP sədrinin müavini Fuad Qəhrəmanlının şikayətə baxılıb.
 
APA-nın məlumatına görə, məhkəmə şikayəti təmin etməyib.
 
Qeyd edək ki, Fuad Qəhrəmanlı ötən il dekabr ayında saxlanılıb və barəsində həbs qətimkan tədbiri seçilib. Həmin qərarın ev dustaqlığı ilə əvəz olunması barədə Nəsimi rayon Məhkəməsinə verilən vəsatət isə təmin edilməyib. Apellyasiya şikayəti həmin qərardan verilib.
 
O, Cinayət Məcəlləsinin 281.1-ci (Dövlət hakimiyyəti əleyhinə çağırışlar etmə) və 283.2.1 (dini, irqi, sosial nifrət aşılayan çağırışlar etmə) maddələri ilə ittiham olunur.

Google+ WhatsApp ok.ru