Fuad Qəhrəmanlının həbs müddəti 2 ay uzadıldı

Fuad Qəhrəmanlının barəsində həbs qətimkan tədbiri daha 2 ay müddətinə uzadıldı.
 
Fuad Qəhrəmanlının məhkəmələrinin vaxtı dəyişib. Belə ki, saat 15.00-da baxılmalı olan şikayətə bir saat əvvəl baxılıb. Hakim Elman İsayevin sədrliyi ilə keçirilən prosesdə girov müqabilində həbs qətimkan tədbirinin dəyişdirilməsi barədə vəkillərin verdiyi şikayət təmin edilməyib.
 
Bu gün saat 14.00-da Nəsimi rayon Məhkəməsində Fuad Qəhrəmanlının həbs müddətinin uzadılmasına baxılacaq. Prosesdə hakim Şəlalə Həsənova olacaq. Lakin vəkillərin buna etiraz edəcəyi gözlənilir.
 
Saat 15.00-da isə girov müqabilində həbs qətimkan tədbirinin dəyişdirilməsi barədə vəkillərin verdiyi şikayətə baxılacaq./
 

Google+ WhatsApp ok.ru