Futbol üzrə dünya kuboku Azərbaycana gətirilir

Futbol üzrə dünya kuboku Azərbaycana gətirilir

-- futbol azarkeşləri Dünya Kubokunu yaxından görə biləcəklər

Saat 13:00-dan 19:00-dək futbol azarkeşləri Dünya Kubokunu yaxından görə biləcəklər
 
Dünya Kuboku 1998-ci ilin futbol üzrə dünya çempionu Kristian Karambönün müşayiəti ilə sabah səhər saatlarında xüsusi təyyarə ilə Bakı şəhərinə gətiriləcək.
 
Maide.Az bildirir ki, AFFA-nın mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, fevralın 9-da saat 11:00-da Hilton otelində görüş keçiriləcək. Sonra kubok şəhər sakinləri və qonaqlara nümayiş etdirilməsi üçün "Gənclik Mall" ticarət mərkəzinə aparılacaq. Saat 13:00-dan 19:00-dək futbol azarkeşləri Dünya Kubokunu yaxından görə biləcəklər.
 

Google+ WhatsApp ok.ru