Futbol üzrə dünya çempionatının seçmə mərhələsinin ilk oyunları keçirilib - NƏTİCƏLƏR 05 Sentyabr 2016 01:00 İdman Sayca 21-ci dünya çempionatının seçmə mərhələsinin Avropa zonası üzrə oyunlara start verilib. UEFA-ya üzv olan 55 ölkədən 54-ü 13 vəsiqə uğrunda mübarizəyə başlayıb. 2018-ci ildə keçiriləcək mundialın ev sahibi olan Rusiyadan başqa əsas mərhələyə yüksəlmək üçün yarışacaq komandaların hamısı ilk turda meydana çıxacaq. Milli komandamızla bərabər C, E və F qruplarının bir neçə yığma əsas vəsiqə uğrunda mübarizəyə start verib. Bizim qrupumuzda Çexiya – Şimali İrlandiya qolsuz bərabərliklə başa çatıb. Norveç – Almaniya oyununda isə qonaqlar darmadağına seviniblər - 0:3. E qrupunda Polşanın Qazaxıstan, Monteneqronun isə Rumıniya səfərində qalib müəyyənləşməyib - uyğun olaraq 2:2 və 1:1. F qrupunda baş tutan Slovakiya - İngiltərə matçında britaniyalılar son saniyə qoluna seviniblər - 0:1. Litva – Sloveniya matçında tərəflər hərəyə bir xala razılaşıblar - 1:1. (apa) / DÇ-2018-in seçmə mərhələsi Avropa zonası C qrupu San-Marino – Azərbaycan - 0:1 Çexiya – Şimali İrlandiya - 0:0 Norveç - Almaniya - 0:3 E qrupu Danimarka – Ermənistan - 1:0 Qazaxıstan – Polşa - 2:2 Rumıniya - Monteneqro - 1:1 F qrupu Slovakiya – İngiltərə - 0:1 Litva – Sloveniya - 2:2 Malta – Şotlandiya - 1:5 Teqlər : #Futbol üzrə dünya çempionatının seçmə mərhələsinin ilk oyunları keçirilib NƏTİCƏLƏR, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Azərbaycan yığması qələbə ilə başladı (VİDEO) Azərbaycan Premyer Liqasında növbəti turun proqramı açıqlanıb