Futzal üzrə dünya çempionatında ilk finalçı müəyyənləşib

Futzal üzrə dünya çempionatında ilk finalçı müəyyənləşib

 
Kolumbiyada keçirilən futzal üzrə dünya çempionatının ilk finalçısı Rusiya yığması olub.
 
"Report"un məlumatına görə, qonşu ölkə millisi yarımfinalda İrana qalib gəlib - 4:3.
 
Digər yarımfinal görüşü bu gecə Argentina və Portuqaliya arasında keçiriləcək.
 
Qeyd edək ki, Rusiya millisi sonuncu dəfə dünya çempionatlarında ən yüksək nailiyyətini 1996-cı ildə əldə edib. Həmin vaxt şimallılar bürünc medalla kifayətlənib. /
 
 

Google+ WhatsApp ok.ru