FİFA 2017-ci ilin ən yaxşı baş məşqçisi adına namizədləri açıqlayıb - SİYAHI 18 Avqust 2017 01:00 İdman Siyahıya 12 mütəxəssisin adı daxil edilib FİFA 2017-ci ilin ən yaxşı baş məşqçisi adına namizədləri açıqlayıb. “Report”un qurumun “Twitter” səhifəsinə istinadən verdiyi məlumata görə, siyahıya 12 mütəxəssisin adı daxil edilib. Ali futbol qurumu Zinəddin Zidan (“Real Madrid”), Massimilano Alleqri (“Yuventus”), Karlo Ançelotti (“Bavariya”), Antonio Konte (“Çelsi”), Luis Enrike (“Barselona”), Xosep Qvardiola (“Mançester Siti”), Joze Mourinyo (“Mançester Yunayted”), Leonardu Jardim (“Monako”), Maurisio Pokettino (“Tottenhem”), Dieqo Simeone (“Atletiko”), Yoahim Löv (Almaniya milli komandası) və Titeni (Braziliya milli komandası) namizəd göstərib. Qalib sentyabrın 7-dək milli komandaların baş məşqçiləri və kapitanları, eləcə də jurnalistlərlə azarkeşlər arasında aparılan səsvermə ilə müəyyənləşdiriləcək. 2017-ci ilin ən yaxşı baş məşqçisinin adı oktyabrın 23-də İngiltərənin paytaxtı Londonda mükafatlandırma mərasimində açıqlanacaq. / Teqlər : #FİFA 2017ci ilin ən yaxşı baş məşqçisi adına namizədləri açıqlayıb SİYAHI, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Avroliqada `pley-off` mərhələsinin ilk oyunlarına yekun vurulub - VİDEO Bu gün Azərbaycan Premyer Liqasında II tura start veriləcək