Gəncədə daha bir inanclı həbs edilib

Gəncədə daha bir inanclı həbs edilib

Gəncədən verilən məlumata görə, dünən Azad Əliyev adlı dindar polis tərəfindən saxlanılaraq məhkəməyə aparılıb.
 
Ona İXM-nin maddələrinin birilə 20 sutka həbs cəzası veriblər.
 
Gəncə dindarları isə həbsi Gəncədə təşkil olunacaq Aşura mərasimlərilə əlaqələndiriblər. Onların sözlərinə görə, ötən il Tasua və Aşura yürüşlərinin qarşısı alındığı kim, bu ildə yürüşlərin qarşısının alınması üçün hazırlıqlar gedir. Xatırladaq ki, 4-5 gün öncə Gəncə dindarlarından olan Tahir Abbasova 15 sutka hyəbs cəzası verilmişdi.
 
Qeyd edək ki, Gəncə hətta Sovet dövründə belə Məhərrəmlik mərasimlərinin keçirildiyi şəhərlərdən olub. Müstəqillik əldə etdikdən sonra isə, Gəncədəki İmamzadə və digər məscidlərdə böyük mərasimlər təşkil olunmuş, yürüşlər təşkil edilməkdədir. Ötən il isə, Gəncə əhalisi yürüşlər öncəsi qarşıdurmaların şahidi olmuşdu.(cenubnews)
 

Google+ WhatsApp ok.ru