Gənc həbs olundu

Gənc həbs olundu

AXCP Gənclər Komitəsinin fəalı Emil İsgəndərov bu gün səhər saatlarında yaşadığı Binə qəsəbəsində polis əməkdaşları tərəfindən saxlanılıb. Binə qəsəbəsənin Bəxtiyar adlı sahə müvəkkili Emilin valideynlərinə bildirib ki, oğlunuz Mərdəkana aparılıb, sonra isə Emilin baş idarəyə aparıldığını söyləyib.
 
Xəzər rayon məhkməəsi Mərdəkan qəsəbəsində yerləşir və böyük ehtimalla Emil İsgəndərova hbəs cəzası verilib.
 
Qeyd edək ki, Emil İsgəndərov  ötən həftədən etibarən təzyiqlərlə üzləşir. Əvvəlcə onun əmisioğlu polis idarəsinə aparılaraq, 5 saat dindirilib. Məlum olub ki, bütün bu basqıların səbəbi Emil İsgəndərovun siyasi fəaliyyətidir. Bundan sonra sahə müvəkkili bir neçə dəfə Emili axtarıb və səbəbini belə izah edib ki, qəsəbədə kirayədə qalanların siyahısını yığır.(azadliq.info)
 

Google+ WhatsApp ok.ru