Gecə növbələrinin işçiləri dəmirlə zəngin məhsulları az yeməlidirlər

Gecə növbələrinin işçiləri dəmirlə zəngin məhsulları az yeməlidirlər. Bu metal qaraciyərin daxili bioritmlərini pozur, bu isə ikinci tip şəkərli diabetin, xərçəngin və piylənmənin inkişafı riskini artırır. Maide.az "Science" jurnalına istinadən xəbər verir ki, Yuta ştatı Universitetinin alimləri bu qənaətə gəliblər.
 
Bütün bədənin bioritmlərini müəyyən edən əsas struktur baş beyində yerləşir, lakin qaraciyərin bioritmləri təkcə yüksək sinir proseslərindən deyil, həm də dəmirin insan orqanizmindəki konsentrasiyasından asılıdır.
 
İnsan, xüsusən, gecə saatlarında, dəmirlə zəngin məhsullarla qidalanırsa, o, qaraciyərin daxili bioritmlərinin fəaliyyətini pozur. Sonralar orqanizm qaraciyərin fəaliyyətini bərpa edir, lakin onun sağlamlaşdırılması üçün vaxt tələb olunur. Orqanizmin sirkad ritmlərinin sistemli şəkildə pozulması ikinci tip şəkərli diabetə və ya maddələr mübadiləsinin pozulması ilə bağlı digər xəstəliklərə gətirib çıxarır.

Google+ WhatsApp ok.ru