Girovlarımızdan təzə xəbər

Şahbaz və Dilqəmin qondarma məhkəmə işinin vaxtı dəqiqləşib

Ermənilər tərəfindən girov götürülən Şahbaz Quliyev və Dilqəm Həsənovun qondarma məhkəmə işinin vaxtı dəqiqləşib. 
 
ANS PRESS-in məlumatına görə, Azərbaycan girovların məhkəməsi oktyabrın 27-də Xankəndi məhkəməsində olacaq.
 
Məhkəmə prosesinə hakim Anatoli Tadevosyan sədrlik edəcək. 
 
Ermənilərin diversant adlandırdığı həmvətənlərimiz “casusluq” və digər maddələrlə ittiham olunurlar.
 
Xatırladaq ki, Şahbaz Quliyev, Dilqəm Əsgərov və Həsən Həsənov bu ilin 29 iyun tarixində yaxınlarının qəbrini ziyarət etmək üçün doğma kəndlərinə - Kəlbəcərin Şapılar kəndinə gedərkən işğalçı Ermənistan ordusu tərəfindən girov götürülüb. 
 
Daha sonra ermənilər tərəfindən öldürülən Həsən Həsənovun meyiti danışıqlardan sonra Azərbaycana qaytarılıb və dəfn olunub./

Google+ WhatsApp ok.ru