Gündəlik hökmlər:Tatu edəndən sonra dəstəmaz almaq və qüsl verməyin hökmü

Gündəlik hökmlər:Tatu edəndən sonra dəstəmaz almaq və qüsl verməyin hökmü

 Maide.Az "Leader.ir" saytına istinadən  Ayətullahul Üzma Seyyid Əli Xameneinin   Tatu edəndən sonra dəstəmaz almaq və qüsl verməyin hökmü   haqqında suala cavabını  təqdim edir:  
 
Sual: Tatu elətdirmiş və qaşında yara olan qadın qüsl və dəstəmaz əvəzinə təyəmmüm edə bilərmi?
 
Cavab: Əgər yaranın üzü açıqdırsa, suyun da ona zərəri yoxdursa, gərək dəstəmaz və qüslünü adi qaydada yerinə yetirsin. Əgər suyun yaraya zərəri varsa, yaranın ətrafını yusun və zərəri olmazsa, ehtiyat əsasən yaş əlini yaranın üzərinə çəksin.
 
 

Google+ WhatsApp ok.ru