Gündəlik hökmlər: Xəstə qadının təxirə saldığı orucların kəffarəsini kim verməlidir?

Gündəlik hökmlər: Xəstə qadının təxirə saldığı orucların kəffarəsini kim verməlidir?

 Maide.Az "Leader.ir" saytına istinadən  Ayətullahul Üzma Seyyid Əli Xameneinin Xəstə qadının təxirə saldığı orucların kəffarəsini kim verməlidir sualına cavabını  təqdim edir:  
 
Sual. Bir qadın xəstə olduğuna görə oruc tutmaqda üzrlüdür və gələn ilin Ramazan ayına qədər onların qəzasını da tutmağa qadir deyildir. Belə olduğu təqdirdə, kəffarə onun özünə vacibdir, yoxsa onun ərinə vacibdir?
 
Cavab: Əgər Ramazan ayının orucunu xəstəliyə görə iftar edibsə və xəstəliyi davam etdiyinə görə orucun qəzasını təxirə salıbsa, hər gün üçün bir müdd təam vermək qadının özünə vacibdir və ərinin öhdəsinə heç nə düşmür.
 

 

Google+ WhatsApp ok.ru