Günorta yuxusunun faydaları

Siz günortadan sonra mürgüləmə və ya  günorta yuxusu haqqında nə düşünürsünüz? Günorta nə qədər yatırsınız? Ümumiyyətlə buna imkan tapırsınızmı? Əgər günorta vaxtı qısa mürgüləmə şansınız varsa, deməli bəxtiniz gətirib! Niyə? Çünki çoxsaylı araşdırmalar göstərir ki, günorta yuxusu bizim fizioloji tələbatımıza cavab verir və əhval-ruhiyyəmizin yaxşılaşmasına və sağlamlığımızın möhkəmlənməsinə, eləcədə əməyin məhsuldarlığının artırılmasına xidmət edir. Maide.az məqalənin davamında günorta yuxusunun faydaları haqqında məlumatları qeyd edir. Bizimlə qalın.

Niyə günortadan sonra: Vərdiş ya bədənin ehtiyacı?

Bir çox Latın Amerikası və Aralıq dənizi ölkələrində günortadan sonra mürgüləmə insanların gündəlik vərdişlərindən sayılır. Belə ki, insanlar 3 saatlıq evə qayıdır, nahar edir və bir az mürgüləyirlər. Lakin, Kanada kimi ölkələrdə vaxt qızıl kimidir və istənilən fasilə uzun sürərsə, qəbuledilməzdir. Bununla belə, beynəlxalq statistikaya görə, yaşlı insanların 60%-ə qədəri hər həftə ən azı bir dəfə oturaq vəziyyətdə işdə, metroda və ya televizora baxarkən qısa mürgü vururlar.

Niyə mürgüləmək lazımdır?

Günorta mürgüsü tam yuxu kimi xüsusiyyətə malikdir. Tədqiqatçılar könüllü insanları yeraltı bir otağa aparıb onları hər-hansı saatdan məhrum ediblər. Bu insanlar gündüz və gecəni müəyyən edə bilmirdilər və öz təbii instiktlərinə müraciət etməli idilər. Qeyd etmək lazımdır ki, insan iki mərhələdə yatır ki, bu yuxunun daha uzunu gecə və qısa yuxu isə günorta baş verir. Bütün araşdırmaların nəticələri göstərir ki, günorta mürgüsü əhval-ruhiyyəmizin yaxşılaşmasına və sağlamlığımızın möhkəmlənməsinə, eləcədə əmək fəaliyyətinin səmərəliliyinin artmasına xidmət edir. Ümumilikdə isə, günorta yuxusu bədənin ümumi sağlamlığına müsbət təsir göstərir.

Stresi azaltmaq üçün günorta mürgüləmək

Mütəxəssislərin fikrincə, günorta mürgüləyən insanlar başqalarına nisbətən daha az stressin təsirlərindən əziyyət çəkirlər. Kaliforniyanın San Diego Universitetində aparılan bir araşdırmanın nəticələri onu göstərir ki, yuxusuzluq və yuxusuz gecələr nə qədər tez kompensasiya olunarsa, bədənin immun sistemi də bir o qədər tez normal vəziyyətə qayıdar. Əgər bu və ya digər səbəbdən mürgüləyə və yorğunluğunuzu çıxara bilmirsinizsə, həddən artıq qəhvə ya çay içməkdənsə, bir az təmiz hava qəbul edin. Oksigen qəbul etmək də mürgüləmə qədər enerjinin bədənə qyıtmasını təmin edir.

Günorta mürgüləyən insanlar daha yaradıcı olurlar

Tədqiqatların nəticələri göstərir ki, günorta vaxtı qısa yuxulama konsentrasiyanın artmasına, stressdən azad olma və bədənin immun sisteminin güclənməsinə səbəb olur. Alimlərin fikrincə, günorta yuxulayan insanlar öz karyeralarında daha yaradıcıdırlar və daha az qaib olurlar. Amerikada taksi sürücüləri üzərində araşdırma aparılıb. Belə ki, onlar üçün günorta vaxtı 10-20 dəqiqəlik istirahət nəzərdə tutulub. Tədqiqatçılar müşahidə ediblər ki, günorta istirahət edən sürücülər daha ayıq və gümrahdırlar və zəruri hallarda daha yaxşı reaksiya göstərirlər.

Enerji bakını doldurmaq üçün 20 dəqiqəlik mürgüləmə

Mümkün olduğu qədər günorta yuxusuna məhdudiyyət qoymağınız lazımdır ki gecə yuxusu pozulmasın. 20 dəqiqəlik qısa bir mürgüləmə əksər insanlar üçün kifayət edir və əlbəttə ki, əladır. Həmin qısa müddət enerjinin artmasına və istirahətə səbəb olur və dəbənin bioloji saatını da pozmur.

Mürgüləmənin ən yaxşı vaxtı

Yaxşı olar ki, günorta mürgüsü gecə yuxusundan 12 saat sonraya təsadüf etsin, yəni günortadan sonra təxminən saat 3-də (15:00). Bu beynəlxalq və qəti bir qanun deyil və siz günorta vaxtı müəyyən bir saatı seçə bilərsiniz, bir şərtlə ki gecə yuxusuna zərər verməsin.

Axşam saatlarında mürgüləməyin

Bəzi insanlar evə gələrkən və axşam saatlarında televizora baxarkən mürgüləməyə adət ediblər. Bu, gecə yuxusuzluğu ehtimalını artırır. Buna görə də, yaxşı olar ki axşam çağı və gec saatlarda mürgüləməkdən çəkinəsiniz.

Mürgüləmək üçün əlverişli yer seçin

Harada olursunuzsa olun, mümkün qədər qapını bağlamağa çalışın. Bir az uzanın və ya rahat vəziyyətdə oturun, işıqları söndürün ya azaldın, əgər iş yerində pencək geyinirsinizsə, onu çıxardın, kəmərinizi boşaldın, və qısası, 20 dəqiqəlik mürgüləmək üçün əlverişli və rahat şərait yaradın.

Yuxunuz gəlmirsə, özünüzü məcbur etməyin

Ohayo universitetində aparılan araşdırmanın nəticələri göstərir ki, günorta vaxtı uzanmaq da yatmaq qədər faydalıdır. Tədqiqatçılar könüllü iki qrup üzərində monitorinq aparıblar. Mürgüləyənlər və yalnız uzanan insanlar. Birinci kateqoriya insanlar uzandıqları vaxtın 61%-ni yatıblar və ikinci qrup insanıar isə yuxuya getməyib. Araşdırmaların nəticəsinə görə, hər iki kateqoriyaya aid insanların əhval-ruhiyyəsini yaxşılaşdırır, əmək fəaliyyətinin effektivliyini artırır. Yəni, yuxuya getmədən uzanmaq da yatmaq qədər bədənin enerjisinin bərpasına xidmət edir. Buna görə də, siz yatmaq imkanına malik olmasanız və ya yuxuya getməsəniz belə, bir az uzana bilərsiniz. Bədənin üfüqi vəziyyətdə olması uzunmüddətli yatmaq hissini bədənə aşılayır. Əgər günorta yuxusu gecə yuxusunun pozulması ilə nəticələnərsə, ondan imtina etməli və yaxud müddətini qısaltmaq lazımdır.

Əgər mürgüləyə bilməsəniz, bunları edin:

Əgər sizin iş və ya həyat şəraitiniz  mürgüləməyə imkan vermirsə, bədənin enerjisini yığması üçün digər üsullardan istifadə edin:

Pəncərələri açın

Pəncərələri açın ki başınıza və beyninizə təmiz hava getsin, çölə çıxın və bir az gəzin, soyuq duş qəbul edin və ya otağın temperaturunu azaldın. Adətən, isti və rütubət yorğunluq və halsızlıq gətirir. Bu səbəbdən, özünüzü sərin və təmiz havaya verin.

Bir az idman edin

Yüngül bədən fəaliyyəti ilə məşğul olmaq, bədən enerjisini bərpa edir. Buna görə də, yaxşı olar ki səhərlər və ya günortadan sonra bir az idman edin. Nəzərdə saxlayın ki, axıam saat 19-dan sonra idmanla məşğul olmaq yuxusuzluq yaratma ehtimalını artırır. Ümumilikdə, yaxşı olar ki yatmazdan 3 saat əvvəl bədənə istirahət verəsiniz və fəaliyyətdən ayırasınız.

Daha çox su için

Unutmayın ki, bədənin susuzluğunun təsirlərindən biri yuxululuqdur. Bu baxımdan, belə bir vəziyyəti aradan qaldırmaq üçün daha çox su için.

Qidalanmaya əhəmiyyət verin

Qidalı ərzaqlara üstünlük verin ki, bədənə lazım olan və davamlı enerji təmin edilsin. Mmeyvə- tərəvəz kimi vitamin və minerallarla zəngin qidaları qəbul etməyi unutmayın. tebyan - Maide.az /

 

Google+ WhatsApp ok.ru