Talassemiya Mərkəzinin xəstələri aksiya keçirdi

Etiraz edənlər ölüm hallarının artmasından şikayət edirlər.

Paytaxtda Respublika Talassemiya Mərkəzinin qarşısında etiraz aksiyası keçirlib.
 
Bu barədə ANS PRESS-ə etirazçılar məlumat veriblər. Onların etiraz etməsinə səbəb, xəstəxanada onların sağlamlığı üçün kifayət qədər şəraitin yaradılmaması və ölüm hallarının artmasıdır.  
 
Maide.az xəbər verir ki, etiraz aksiyasında iştirak edənlər deyiblər ki, illərdir ki, problemlərini aidiyyatı qrumlara çatdıra bilmirlər. "Bu gün isə Beynəlxalq Səhiyyə Təşkilatlarının nümayəndələri ilə görüş üçün toplaşıblar, lakin Səhiyyə Nazirliyi əvvəl görüş üçün razılıq versədə daha sonra bu görüş ləğv olunub və buna görə, xəstələr etiraz aksiyası keçirərək yolu bağlamağa cəhd göstəriblər."Etirazçıların əsas tələbi onların şəraitinin yaxşılaşdırlmasıdır. 
Etiraz aksiyası iştirakçıları  yolu bağlayıblar. Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib.
 
Məsələ ilə bağlı Respublika Talassemiya Mərkəzinin mövqeyini öyrənmək istəsək də, telefona cavab verən məsul işçi dəstəyi kənara qoydu və bundan sonra zənglərə cavab verən olmadı. 
 
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən isə məsələdən xəbərdar olmadıqlarını, araşdırılacağını və bundan sonra hansısa bir məlumat verilə biləcəyini bildirdilər. /
 

Google+ WhatsApp ok.ru