Həbsdə olan ilahiyyatçının şikayəti təmin edilməyib 21 İyul 2015 01:00 Hüquq Apellyasiya Məhkəməsində “Təkamül” Tərcümə Mərkəzinin həbsdə olan rəhbəri Ceyhun Cəfərovun barəsində seçilmiş həbs-qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı şikayətinə baxılıb. Vəkil Cavad Cavadlının verdiyi məlumata görə, məhkəmə şikayəti təmin etməyib. Qeyd edək ki, ilahiyyatçı, “Təkamül” Tərcümə Mərkəzinin direktoru Ceyhun Cəfərov Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən həbs olunub. O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə təqsirləndirilir. C. Cəfərov Həcc ziyarəti zamanı Qafqaz Müsəlmanları İdarəsi tərəfindən zəvvar qruplarına rəhbərlik edib, ziyarətin təşkili və düzgün yerinə yetirilməsində zəvvarlara yardım edib. Onu da qeyd edək ki, C. Cəfərov barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti iyulun 9-da Səbail Rayon Məhkəməsinin qərarı ilə 4 ay uzadılıb. Apellyasiya şikayəti həmin qərardan verilib. Teqlər : #Həbsdə olan ilahiyyatçının şikayəti təmin edilməyib, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Azərbaycanda QHT sədri istintaqa cəlb olunub İntiqam Əliyev: «Bu akvariumun bircə balığı çatmır»