Hər kim ‘Ənbiya’ surəsini eşq-məhəbbətlə oxusa...

Hər kim ‘Ənbiya’ surəsini eşq-məhəbbətlə oxusa...

Qurani-Kərimin 21-ci surəsində yer alan “Ənbiya” (Peyğəmbərlər) surəsi 112 ayədən ibarətdir və Məkkədə nazil olmuşdur.
 
 
“Ənbiya” surəsini oxumağın bir sıra bərəkətləri var. Qiyamət hesabının yüngüllüyü və peyğəmbərlə görüş bu bərəkətlərdəndir; bu şərtlə ki, surə eşqlə oxunsun, iman və əməl üçün müqəddimə olsun.
 
İmam Sadiq (ə) buyurur:
 
من قرأ سورة الانبياء حبا لها کان ممن رافق النبيين أجمعين في جنات النعيم و کان مهيبا في أعين الناس حياة الدنيا
 
“Hər kim “Ənbiya” surəsini eşq-məhəbbətlə oxusa, nemət dolu cənnət bağlarında bütün peyğəmbərlərlə birgə olar və dünya həyatında insanların gözündə heybətli, əzəmətli olar.” (“Səvabul-əmal”, səh.98.)
 
Peyğəmbəri-Əkrəmdən (s) belə nəql olunur:
 
.َمَنْ قَرَأَ سُورَةَ الْأَنْبِيَاءِ، حَاسَبَهُ اللَّهُ حِسَابًا يَسِيرًا، وَصَافَحَهُ وَسَلَّمَ عَلَيْهِ كُلُّ مَنْ ذُكِرَ اسْمُهُ فِي القرآن
 
“Ənbiya surəsini oxuyan şəxsin Allah-Taala (qiyamət) hesabını asanlaşdırar və Quranda adıçəkilən peyğəmbərlər onunla görüşüb, ona salam verərlər.” (“Nurus-səqəleyn”, səh.412.)
 
  (Maide.az)
 

Google+ WhatsApp ok.ru