Hacı Ceyhun Cəfərovun istintaqı yekunlaşmaq üzrədir

7 ay öncə həbs olunan “Təkamül” Tərcümə Mərkəzinin rəhbəri, ilahiyyatçı Ceyhun Cəfərov MTN-nin istintaq təcridxanasında saxlanılır

Mart ayında həbs olunan və barəsində dövlət çevrilişinə cəhd maddəsi ilə cinayət işi açılan ilahiyyatçı Ceyhun Cəfərovun istintaq müddəti yekunlaşmaq üzrədir. Bu barədə ruhaninin qardaşı Əlipaşa Cəfərov İslamazeri.az-a açıqlamasında bildirib. 
 
 
Əlipaşa Cəfərov deyib ki, istintaq müddəti olduğundan 7 aydır qardaşı ilə heç bir əlaqə yarada bilməyib. Ceyhun Cəfərov barədə ancaq vəkil vasitəsi ilə xəbər almaq mümkündür. Hazırda onun səhhəti yaxşıdır. Yanına sovqat göndəririk. Vəkilin bildirdiyinə görə istintaq işi artıq yekunlaşmaq üzrədir. Verilən məlumata əsasən barəsində qaldırılmış ittihamlar əksini tapmayıb. İşi bu yaxınlarda məhkəməyə verilməlidir."
 
 
Xatırladaq ki, “Təkamül” Tərcümə Mərkəzinin rəhbəri Ceyhun Cəfərov 2015-ci ilin mart ayında MTN əməkdaşları tərəfindən saxlanılıb.  İlahiyyatçı Ceyhun Cəfərov İslam Universitetində dərs deyib, “Space” telekanalında “Gecə söhbətləri” dini verilişində aparıcı olub. Eyni zamanda “Təkamül” Tərcümə Mərkəzinin direktoru olub, onlarla kitabın tərcüməçiliyini, redaktorluğunu edib. Bu nəşriyyat tərəfindən İslam dinində ən mükəmməl Quran təfsirlərindən olan “əl-Mizan” təfsiri tərcümə olunaraq nəşr olunub. Eyni zamanda C.Cəfərov Həcc ziyarəti zamanı QMİ tərəfindən zəvvar qruplarına rəhbərlik edib, ziyarətin təşkili və düzgün yerinə yetirilməsində zəvvarlara yardım edib.
 

 

Google+ WhatsApp ok.ru