Hamının gülüş obyektinə çevrilmiş cəza rəsmən ləğv edilir 06 Noyabr 2017 02:00 Hüquq -- Sürücülərin söhbət etməsinə görə cərimələnmə maddəsi qanunvericilikdən çıxarılır Nəqliyyat vasitəsini idarə etməkdən diqqəti yayındıra biləcək söhbətdə iştirak etməyə cəzanı nəzərdə tutan müddəa qanunvericilikdən çıxarılır. Bununla bağlı İnzibati Xətalar Məclləsinə dəyişiklik təklif olunur. Belə ki, məcəllədən 342.1.2 maddəsi çıxarılır. Bu maddəyə əsasən, nəqliyyat vasitəsini idarə etməkdən diqqəti yayındıra biləcək söhbətdə iştirak etməyə 40 manat məbləğində cərimə tətbiq edilir. Layihədə bildirilib ki, təcrübədə bu maddə tətbiq olunmur, ona görə də məcəllədən çıxarılır. Layihə noyabrın 14-də Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılacaq.(faktxeber) Teqlər : #Hamının gülüş obyektinə çevrilmiş cəza rəsmən ləğv edilir, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Eldar Mahmudovun köməkçisi həbs olunub Hüquqşünaslar mitinqin vaxtını açıqladılar