Hüquq müdafiəçilərinin şikayətinə noyabrda baxılacaq

«Anar Məmmədlinin, Bəşir Süleymanlının və Elnur Məmmədovun işləri üzrə Bakı Apellyasiya Məhkəməsinin 22 avqust 2014-cü il tarixli apellyasiya şikayətinə ilkin baxış iclasının qərarından verdiyimiz kassasiya şikayətinə 11 noyabr 2014-cü il tarixində saat 11.50-də Ali Məhkəmənin hakimi Gülzar Rzayevanın sədrliyi ilə baxılacaq». Vəkil Elçin Sadıqov bildirib ki, Bakı Apellyasiya Məhkəməsi apellyasiya baxışını qismən məhkəmə istintaqı ilə aparmaqdan imtina etdiyi üçün ilkin qərardan kassasiya şikayəti verilmişdi. 
 
“Ümid edirəm ki, Ali Məhkəmə bizim kassasiya şikayətimizi təmin edəcək» - deyə vəkil Elçin Sadıqlı bildirib.

Google+ WhatsApp ok.ru