Hüquq müdafiəçiləri Qurban bayramında əfvlə bağlı açıqlama verdi

Hüquq müdafiəçiləri Novella Cəfəroğlu və Səidə Qocamanlı Qurban bayramında əfvin olacağına dair gəzən söz-söhbətlərə aydınlıq gətirib.
 
Novella Cəfəroğlunun sözlərinə görə o, şəxsən lazım olan adamların siyahısını hazırlayıb komissiyaya təqdim edib: “Mən keçən dəfə də demişdim, indi də deyirməm ki, siyahını çoxdan hazırlayıb göndərmişik, amma komissiyanın iclası hələ ki, baş tutmayıb. Biz tezliklə əfvin olmasını, dustaqların ailələrinə qovuşması üçün səylərimizi əsirgəmirik.
 
Səidə Qocamanlı isə əfvlə bağlı pessimist açıqlama verdi: “Biz siyahını çoxdan təqdim etmişik, amma komissiya hələ ki toplanmayıb. Hazırkı məqamda əfv gözlənilmir. Biz hüquq müdafiəçiləri çox istəyirik ki, əfv olsun dustaqlar bayramı evlərində doğmaları, yaxınları ilə birgə qeyd etsinlər, amma hər şey prezidentin iradəsindən aslıdır. O, istədiyi vaxt əfv sərəncamı imzalaya bilər.Həftə içi

Google+ WhatsApp ok.ru