Hüquq müdafiəçiləri xəstəxanada baş vermiş ölüm faktını araşdıracaqlar

İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri, hüquq müdafiəçisi Elçin Behbudov bir neçə gün əvvəl 3 saylı şəhər Klinik Xəstəxanasında baş vermiş ölüm faktı ilə bağlı araşdırma aparacaq.
 
Elçin Behbudovun verdiyi məlumata görə, xəstəxanada ölən Şaiq Sadıqovun valideynləri komitəyə müraciət ediblər. Onlar müraciətlərində Ş. Sadıqovun Sabunçu rayon Polis İdarəsinin 12-ci Polis Bölməsində döyülərək öldürüldüyünü iddia ediblər: “Həmin məsələ ilə bağlı biz sentyabrın 30-da Sabunçu rayon Polis İdarəsində monitorinq aparacağıq” .
 
Qeyd edək ki, sentyabrın 26-dan 27-nə keçən gecə xəstəxanada əməliyyat olunan 1983-cü il təvəllüdlü Şaiq Sadıqov ölüb. Onun ailə üzvləri isə Ş. Sadıqovun hadisədən əvvəl 12-ci Polis Bölməsində olduğunu və orada döyülərək öldürüldüyün iddia edirlər.

Google+ WhatsApp ok.ru