Hz.Qeys ibn Səd Ubadənin ziyarətgahında əza məclisi keçirilib - FOTO

Dünən Gürcüstanın müxtəlif bölgələrində, həmçinin Marneulidə də İmam Hüseynin (ə) Ərbəini münasibəti ilə əzadarlıq məclisləri keçirilmiş və ehsan süfrələri açılmışdır.
Maide.az xəbər verir ki, Gürcüstan Əhli-Beyt (ə) Cəmiyyəti və Cəmiyyətin nəzdində fəaliyyət göstərən Əhli-Beyt (ə) Aşiqləri Forumu, "Zeynəb (s.ə)" Qadınlar Birliyinin təşəbbüsü ilə Marneuli şəhərinin yaxınlığındaki Yağılca təpəliklərində yerləşən Hz Muhəmmədin (s), İmam Əlinin (ə) və İmam Həsənin (ə) vəfadar və əməli-saleh səhabəsi Hz.Qeys ibn Səd Ubadənin qəbri başında əza məclisi keçirilib.
Quran tilavətindən sonra çıxış edən Əhli-Beyt Cəmiyyətinin sədri, imam-cümə ilahiyyatçı Hacı Rasim Məmmədov sözlərinə dünya müsəlmanlarının rəhbəri Ayətullah Seyyid Əli Xameneinin Ərbəin yürüşü haqqında sözləri ilə başlayaraq deyib: "Rəhbər Kərbəla yürüşünə gözəl ad qoyub- "İman və eşqin, əql və duyğunun sintezi". Çox mükəmməl ad seçilib, bu dörd xüsusiyyət bütün ali dəyərlərin məcmuəsidir. İslam bu dörd xüsusiyyət əsasında köklənib."
İlahiyyatçı daha sonra Hz.Qeys ibn Səd haqqına danışıb.
Hacı Rasim ilk öncə Hz Qeysin həyatından, onun əsil-nəsəbli biri olduğunu, Rəsuli-Əkrəmlə (s) bütün döyüşlərdə iştirak etməsindən, bir gün atası ilə birgə Peyğəmbərimizin (s) itmiş dəvəsini tapmasından, Peyğəmbərin (s) onu "pak övlad" adlandırmasından danışıb.
Hacı böyük səhabənin şəxsiyyətindən danışaraq, onun mühəddis və alim olmasını, Peyğəmbər (s) zamanında siyasət, zəka və uzaqgörənlikdə beş nəfərdən biri və çox etibarlı biri olmasını vurğulayıb.
Bundan sonra Hacı Rasim Hz Qeysin İmam Əli (ə) üçün kim olasından danışaraq, onun Qədir-Xumda iştirak edən və vəfalı qalan 12 nəfərdən biri olmasını söyləyib.
Müaviyənin də həmişə onu ələ almağa çalışdığını, amma bu mübarək insanın əsla İmam Əli (ə) və İmam Həsəndən (ə) üz döndərmədiyini bildirib.
Sözlərinin sonunda Hacı Rasim Hz Qeys ibn Sədin Tiflisə gəlişindən və qəbrinin xalq arasında məşhur olmasından danışıb.
Hacı Rasimin çıxışından sonra Əhli-Beyt məddahı Rza Cəfəri və İmam Əli (ə) məscidinin axundu Hacı Hacıyev mərsiyələr oxuyub və əzadarlıq olunub.
 
 
 
 
 
 
 
 
ahlibeyt.ge

Google+ WhatsApp ok.ru