Jurnalist Kamran Mahmudov buraxılıb- YENİLƏNİB

Jurnalist Kamran Mahmudov buraxılıb- YENİLƏNİB

 
"Bu ölkədə görünür, hər şeyi gözləmək olar və təəccübə səbəb ola biləcək bir şey yoxdur".
 
Jurnalist Kamran Mahmudov bunu iyunun 22-də Qazax Rayon Polis Şöbəsindən çıxdıqdan sonra bildirib.
 
K.Mahmudov deyir ki, son iki ildə dəfələrlə xarici ölkələrə gedib, ona hər hansı yasaq barədə məlumat verilməyib:
 
"Bu gün, iyunun 22-si səhər məni saxladılar. Gömrükdə dedilər ki, ölkədən çıxışıma yasaq var".
 
K.Mahmudovun deməsinə görə, yalnız Qazax Rayon Polis Şöbəsində onu öyrənə bilib ki, ölkədən çıxışına qadağa aprel ayında qoyulub. Qadağanı qoyan qurum isə Daxili İşlər Nazirliyidir.
 
Jurnalist deyib ki, məhkəməyə müraciət etmək niyyətindədir.
 
Məsələyə hələlik Daxili İşlər Nazirliyindən münasibət öyrənmək mümkün olmayıb. (azadliq.org)

Google+ WhatsApp ok.ru