Jurnalist Əfqan Muxtarlıya hökm oxunub

Jurnalist Əfqan Muxtarlıya hökm oxunub

-- O 6 il müddətinə azadlıqdan məhrum edilib

Bu gün Balakən Rayon Məhkəməsində jurnalist Əfqan Muxtarlının barəsində olan cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
 
Maide.Az bildirir ki,  "Report"un xəbərinə görə, hakim Hümbət Səlimovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.
 
Prokuror çıxışında Ə.Muxtarlının 8 il müddətinə azadlıqdan məhrum olunmasını istəyib.
 
Məhkəmə heyəti müşavirəyə gedib.
 
Müşavirədən sonra hökm oxunub. Məhkəmənin hökmü ilə Əfqan Muxtarlı 6 il müddətinə azadlıqdan məhrum edilib. 
 
 

 

Google+ WhatsApp ok.ru