Jurnalistlər Cavid Hüseynovun məhkəməsinə buraxılmadı

Bu gün Cavid Hüseynovun işi məhkəməyə göndəriləcək.
 
Əvvəlki proses kimi bu dəfə də media nümayəndələri prosesdən kənarda qaldılar.    
Musavat.com xəbər verir ki, İlqar adlı məhkəmə nəzarətçisi jurnalistləri açıq şəkildə zala buraxmayacağını bildirdi.
 
Təqsirləndirilən şəxslərin yaxınları ilə məhkəmə nəzarətçiləri arasında məhkəmə binasının önündə qarşıdurma yaranıb. Onlar da zala buraxılmırlar.
 
Qeyd edək ki:  Rasim Əliyev 2015-ci il avqustun 8-də bir qrup şəxs tərəfindən döyülüb. Xəstəxanaya yerləşdirilən R. Əliyev orada vəfat edib. Həmin faktla bağlı Kənan Mədətov, Camal Məmmədov, Samir Mustafayev, Elşən İsmayılov, Arif Əliyev və futbolçu Cavid Hüseynov tutulub.

Google+ WhatsApp ok.ru