Jurnalist Mirələm Həşimovun məhkəməsi keçirilib

Jurnalist Mirələm Həşimovun məhkəməsi keçirilib

Ali məhkəməyə verilmiş şikayət təmin edilməyib.
 
Bu barədə jurnalist Mirələm Həşimovun özü məlumat verib.
 
Bu gün keçirilən məhkəmədə verilmiş şikayət əsassız hesab edilib və jurnalistə edilmiş 500 manat çərimə və 3 xəbərin təkzibi qüvvədə qalıb.
 
Jurnalist Avropa Məhkəməsinə müraciət edəcəyini bildirib.
 
Qeyd edək ki, Masallı şəhər icra hakimiyyətinin başçısı Rafil Hüseynov, ötən il Masallı şəhərində fəaliyyət göstərən Cenubnews.com internet qəzetinin baş redaktoru Həşimov Mirələmi məhkəməyə verərək onun şərəf, ləyaqət və işgüzar nüfuzunu alçaltdığını qeyd edib.
 
Məhkəməyə verilmiş 3 məqalədə dərc olunan xəbərləri sizə təqdim edirik:
 
1. “Masallı park bulvarını sel apardı” başlıqıyla yayımlanan məqalədə (xəbərdə) nəinki Rafil Hüseynov, heç bir şəxs təhqir olunmayıb.
Xəbər linki: http://cenubnews.com/10828-masalli-park-bulvarini-sel-apardi-foto.html
 
2. “Masallıda ağacları kəsirlər” başlıqıyla yayımlanan məqalədə (xəbərdə) qeyd etmişik ki, “Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq” əgər ağacların rəhbərlik tərəfindən kəsilməsi yalan idisə, onlar təqzib olaraq bizə müraciət etməli idilər.
Xəbər linki: http://cenubnews.com/11530-masallida-agaclari-kesirler-foto.html
 
3. “Rafil Hüseynov:İşıq pulunu ödəyə bilmirsənsə get özünü öldür” başlıqıyla yayımlanan məqalədə (xəbərdə) biz,”Muxalifet.az” saytına istinad etmişik və eyni xəbər bir çox saytlarda da dərc olunub.
Xəbər linki:http://cenubnews.com/14411-rafil-huseynovshiq-pulunu-odeye-bilmirsense-get-ozunu-oldur.html
(cenubnews.com)
 

Google+ WhatsApp ok.ru