Kamran Ağayev avtomobil qəzası keçirdi?

Kamran Ağayev avtomobil qəzası keçirdi?

 
Bu günlərdə Portuqaliyanın "Boavişta” klubu ilə müqavilə imzalayan millimizin üzvü Kamran Ağayevin başına arzuolunmaz hadisə gəlib.
 
Xəbər verilir ki, təcrübəli qolkiperimizin Portuqaliyada avtomobil qəzası keçirməsi barədə sosial şəbəkədə məlumat yayılıb.
 
Yayılan məlumatlara görə, hadisə komandanın bu gün baş məşqindən tutan sonra baş verib. Onun ciddi xəsarət aldığı deyilir.
 
Məsələyə aydınlıq gətirmək üçün, Ağayevlə əlaqə saxladıq. O isə saytımıza açıqlamasında salamat olduğunu, belə bir hadisənin baş vermədiyini qeyd etdi. (Futbol11.az) /

Google+ WhatsApp ok.ru