`Kanal 13`ün direktorunun məhkəməsi başlayıb 27 Sentyabr 2017 01:00 Hüquq Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Kanal 13" internet televiziyasının direktoru Əziz Orucovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası başlayıb. Maide.Az "Report"un xəbərinə istinadən bildirir ki, hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Daha sonra Ə.Orucovun vəkili Cavad Cavadov vəsatətlə çıxış edib. O, müvəkkilinin şüşə qəfəsdən çıxarılaraq öz yanında əyləşdirilməsini istəyib. Vəsatət təmin edilib. Vəkil hüquqlarını müdafiə etdiyi şəxsin barəsində cinayət işinə xitam verilməsini tələb edib. Vəsatətlər təmin edilməyib. Məhkəmədə fasilə elan olunub. Qeyd edək ki, Ə.Orucov bu il mayın 2-də polisə müqavimət ittihamı ilə saxlanılıb, ona məhkəmə 30 sutka inzibati həbs cəzası barədə qərar çıxarıb. İyunun 1-də isə Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində haqqında cinayət işi başlanıb, ona Cinayət Məcəlləsinin 192-ci (qanunsuz sahibkarlıq) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham verilib. Daha sonra Nəsimi Rayon Məhkəməsinin qərarı ilə Ə.Orucovun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib. Teqlər : #`Kanal 13`ün direktorunun məhkəməsi başlayıb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Azərbaycanda bəzi cinayətlərə görə həbs cəzaları maliyyə sanksiyaları ilə əvəz olunur ''Hökumət bundan sonra siyasi məhbusları kiçik türmədən böyüyünə buraxacaq''