Kimdir günahkar - ABŞ, ya 12 yaşlı afroamerikalı?

Amerika polisinin 12 yaşlı uşağı qətlə yetirməsi təkcə bu ölkədə deyil, bütün dünyanın gündəmindən düşmək bilmir. Bir neçə həftədir ki, dünya ictimaiyyətini düşündürür. Dünyaya demokratiya və insan haqları dərsi verən Amerika özü niyə buna əməl etmək istəmir?
 
Maide.az xəbər verir ki, Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadə Birləşmiş Ştatlar polisinin həmin addımını bu ölkənin siyasəti ilə əlaqələndirib: “Amerika dünyaya demokratiya dərsi oxuyur, amma özündə demokratiya yoxdur. Bu ölkə insan haqlarının pozulmasından danışır. Əfsus ki, bu haqlara heç ABŞ-ın özü məhəl qoymur. Adətən bəziləri kişiliyi çatmayanda kişilikdən danışır. Amerika da bunun günündədir. Prezident zəncidir, afroamerikalıdır. Amma afroamerikalıları məhv edirlər. Birləşmiş Ştatların demokratiyadan danışmağa hüququ yoxdur. Postsovet məkanında insanlar azad şəkildə toplaşanda Vaşinqton tumanını başına çəkir ki, ay balam qoymayın insan haqları pozulur. Amma özləri uşağa güllə atırlar. Ferqyusson hadisələri də bir daha göstərdi ki, insanlar ABŞ-da öz azadlıqlarını istəyirlər. Çünki bu ölkədə insanların haqları qorunmur. ABŞ hazırkı prezidentin timsalında gördükü zəncini yuxarı qaldıranda daha pis olur. Barak Obama da ona görə həmin zənciyə tərəf çıxmadı. Amerikalılara göstərdi ki, mən sizi sizdən də çox sevirəm”.

Google+ WhatsApp ok.ru