Klublarımızın avrokuboklarda oyunlarının təqvimi dəqiqləşib

Klublarımızın avrokuboklarda oyunlarının təqvimi dəqiqləşib

Azərbaycanı avrokuboklarda təmsil edəcək 4 komandadan üçünün çıxış edəcəyi turnir dəqiqləşib.
 
Maide.İnfo xəbər verir ki, Premyer Liqanın qalibi adını sona 2 tur qalmış təmin edən “Qarabağ” Çempionlar Liqasında iştirakının dəqiqləşməsi “Qəbələ”nin də harada oynayacağına aydınlıq gətirib.
 
Sonuncular ardıcıl 4-cü dəfə Avropa Liqasında mübarizə aparacaq. Qəbələlilər burada “İnter”lə birlikdə ölkəmizi təmsil edəcək. Azərbaycanın bu turnirdəki son komandasının adına isə Premyer Liqanın qarşıdakı iki turu aydınlıq gətirməlidi.
 
“Zirə”, “Sumqayıt”, “Kəpəz” və “Neftçi”nin sonuncu vəsiqə uğrunda mübarizə apardığı vaxtda digər üç komanda artıq hazırlıq planını hazırlaya bilər. Çünki “Qarabağ”, “Qəbələ” və “İnter”in avrokubok oyunlarının da püşkatmanın da vaxtı bəllidi. Təmsilçilərimiz buna uyğun şəkildə hazırlığın planlarını cıza bilər.
 
Yeni mövsümdə həm Çempionlar Liqası, həm də Avropa Liqasında ilk iki təsnifat mərhələsinin püşkü iyunun 19-da atılacaq. “Qarabağ” II, “Qəbələ”ylə “İnter” isə I təsnifat mərhələsindən mübarizəyə başlayacaq.
 
 
19 iyun 2017 - Çempionlar Liqası və Avropa Liqasında I və II təsnifat mərhələlərinin püşkatması
27-28 iyun - Çempionlar Liqası, I təsnifat mərhələsi, ilk oyunlar
29 iyun 2017- Avropa Liqası, I təsnifat mərhələsi, ilk oyunlar
4-5 iyul 2017- Çempionlar Liqası, I təsnifat mərhələsi, cavab oyunları
6 iyul 2017 - Avropa Liqası, I təsnifat mərhələsi, cavab oyunları
11-12 iyul 2017 - Çempionlar Liqası, II təsnifat mərhələsi, ilk oyunlar
13 iyul 2017 - Avropa Liqası, II təsnifat mərhələsi, ilk oyunlar
14 iyul 2017 - Çempionlar Liqası və Avropa Liqasında III təsnifat mərhələsinin püşkatması
18-19 iyul 2017 - Çempionlar Liqası, II təsnifat mərhələsi, cavab oyunları
20 iyul 2017 - Avropa Liqası, II təsnifat mərhələsi, cavab oyunları
25-26 iyul 2017 - Çempionlar Liqası, III təsnifat mərhələsi, ilk oyunlar
27 iyul 2017 - Avropa Liqası, III təsnifat mərhələsi, ilk oyunlar
1-2 avqust 2017 - Çempionlar Liqası, III təsnifat mərhələsi, cavab oyunları
3 avqust 2017 - Avropa Liqası, III təsnifat mərhələsi, cavab oyunları
4 avqust 2017 - Çempionlar Liqası və Avropa Liqasında IV təsnifat mərhələsinin püşkatması
15-16 avqust 2017 - Çempionlar Liqası, IV təsnifat mərhələsi, ilk oyunlar
17 avqust 2017 - Avropa Liqası, IV təsnifat mərhələsi, ilk oyunlar
22-23 avqust 2017 - Çempionlar Liqası, IV təsnifat mərhələsi, cavab oyunları
24 avqust 2017 - Çempionlar Liqasının qrup mərhələsinin püşkatması
24 avqust 2017 - Avropa Liqası, IV təsnifat mərhələsi, cavab oyunları
25 avqust 2017 - Avropa Liqasının qrup mərhələsinin püşkatması
 
Əsas mərhələ
12-13 sentyabr 2017 - Çempionlar Liqası, I tur
14 sentaybr 2017 - Avropa Liqası, I tur
26-27 sentyabr 2017 - Çempionlar Liqası, II tur
28 sentyabr 2017 - Avropa Liqası, II tur
17-18 oktyabr 2017- Çempionlar Liqası, III tur
19 oktyabr 2017 - Avropa Liqası, III tur
31 oktyabr/1 noyabr 2017 - Çempionlar Liqası, IV tur
2 noyabr 2017 - Avropa Liqası, IV tur
21-22 noyabr 2017 - Çempionlar Liqası, V tur
23 noyabr 2017 - Avropa Liqası, V tur
5-6 dekabr 2017 - Çempionlar Liqası, VI tur
7 dekabr 2017 - Avropa Liqası, VI tur
11 dekabr 2017 - Çempionlar Liqasının 1/8 final mərhələsinin püşkatması
11 dekabr 2017 - Avropa Liqasının 1/16 final mərhələsinin püşkatması. /

Google+ WhatsApp ok.ru