Konfederasiyalar Kuboku-2017-nin ən yaxşı qolu seçilib - VİDEO

Konfederasiyalar Kuboku-2017-nin ən yaxşı qolu seçilib - VİDEO

Meksika yığma komandasının futbolçusu Marko Fabianın Almaniya ilə yarımfinal matçında vurduğu qol 2017 FİFA Konfederasiyalar Kubokunun ən yaxşısı olub.
 
Bu barədə FİFA-nın saytında bildirilir.
 
İlk beşliyə həmçinin Raul Ximenes (Meksika), Andre Silva (Portuqaliya), Kərəm Dəmirbəy (Almaniya) və Andre-Frank Zambo Anqissanın (Kamerun) qolları daxildir.
 
Qeyd edək ki, 17 iyun – 2 iyulda Rusiyada keçirilmiş Konfederasiyalar Kubokunun qalibi Almaniya millisi olub. (apa) /
 

Google+ WhatsApp ok.ru