KİV: İbrahimoviç “Mançestr Yunayted” ilə müqavilə imzalayıb

İsveç hücumçusu Zlatan İbrahimoviç “Mançestr Yunayted” ilə müqavilə imzalayıb. 

Oxu.Az xəbər verir ki, bu barədə beIN Sports, CNN və Gazzetta dello Sportun jurnalisti Tankredi Palmeri Twitter-dəki mikrobloqunda yazıb. 

Məlumata görə, müqavilə 1 il müddətinədir və onun avtomatik uzadılması nəzərə alınmayıb. 

Palmeri yazdığına görə, bununla yanaşı, klub müqaviləni uzatmaq haqqına malik olacaq.  

Jurnalist əlavə edib ki, İbrahimoviçin “Mançestr Yunayted”dəki maaşı təxminən 17 milyon avrodan ibarət olacaq.  

İbrahimoviç yeni klubu barədə iyunun 7-də məlumat verəcəyini vəd edib. 

Google+ WhatsApp ok.ru