ÇL: Ən yaxşılar üçün 12 namizəd 04 Avqust 2017 01:00 İdman Çempionlar Liqasında 2016-17 mövsümünün ən yaxşı futbolçuları adına namizədlər bəlli olub. UEFA hər mövqedə 3 oyunçuya yer verib. Belə ki, həm qapı, həm müdafiə, həm yarımmüdafiə, həm də hücum xəttinə 3 namizəd salınıb. Ümumilikdə 12 namizəd oyunçudan 6-sı ÇL-in son qalibi “Real”lılardı. Finalçı “Yuventus”dan 3 futbolçu özünə yer edə bilibsə, “Bavariya”, “Barselona” və “Atletiko” hərəyə 1 nəfərlə təmsil olunublar. Qapıçılar: Canluici Buffon (“Yuventus”), Manuel Noyer (“Bavariya”), Yan Oblak (“Atletiko”) Müdafiəçilər: Leonardo Bonuççi (“Yuventus”), Marselo, Serxio Ramos (hər ikisi “Real”) Yarımmüdafiəçilər: Kasemiro, Toni Kroos, Luka Modriç (hamısı “Real”) Hücumçular: Paulo Dibala (“Yuventus”), Lionel Messi (“Barselona”), Kriştianu Ronaldo (“Real”). Qeyd edək ki, ən yaxşıların adları avqustun 24-də açıqlanacaq. (apasport) / Teqlər : #ÇL: Ən yaxşılar üçün 12 namizəd, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Avropa Liqasında `pley-off` mərhələsinə yüksələn bütün komandalar müəyyənləşib Avropa Liqasında `pley-off` mərhələsinin püşkatma mərasimi keçirilib