İlahiyyatçı Elşən Mustafaoğluna 12 illik həbs cəzası istənilib

İlahiyyatçı Elşən Mustafaoğluna 12 illik həbs cəzası istənilib

Bakı Ağır Cinayətlər Məhkəməsində ilahiyyatçı Elşən Mustafaoğlunun bu günə təyin olunan məhkəmə prosesi davam edib.
 
Hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edərək, təqsirləndirilən şəxsə 12 illik həbs cəzası təyin olunmasını istəyib. Proses dekabrın 13-də davam etdiriləcək.
 
Qeyd edək ki, E. Mustafaoğlu 2014-cü ildə həbs olunub. O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsinə əsasən təqsirləndirilir. (apa) /

Google+ WhatsApp ok.ru